Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq
SOSİAL
11:34 09.05.2019
4231
Bu gün saat 13:30-dan 16:00-dək Xırdalan şəhərinin Quşçuluq massivi, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a "Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasilə 110 kVt-luq 5-ci Xırdalan hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə "Azərişıq” istehlakçılardan üzr istəyir.

BAKU.WS
OXŞAR XƏBƏRLƏR