Bakının bu ərazilərində yeni dayanacaqlar quraşdırılıb

Bakının bu ərazilərində yeni dayanacaqlar quraşdırılıb
SOSİAL
21:03 28.09.2026
140
Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə "28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZXEBER.COM-a verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq "28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

Moskva prospekti, "20 Yanvar” dairəsindən "Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

Eyni zamanda, "Şamaxinka”da metronun "20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.
OXŞAR XƏBƏRLƏR