Bakının bu ərazisində də bulvar olacaq - GÖRÜNTÜLƏR

Bakının bu ərazisində də bulvar olacaq - GÖRÜNTÜLƏR
SOSİAL
11:26 27.09.2026
128
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində aparılan abadlıq işləri davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.

Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq, yenidənqurma işləri həyata keçirir. Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.

Gölün ətrafında ilkin mərhələdə bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub ki, onun da bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Daha ətraflı "Xəzər TV-nin videomaterialında:
 

OXŞAR XƏBƏRLƏR