Bakının Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.