Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO

Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
SOSİAL
09:21 16.10.2025
120
Yağış barmaqlıqlarının olmaması səbəbindən avtomobil lükə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zabrat - Maştağa şossesindən gedir. Paytaxt sakini Ceyhun Musayevin idarə etdiyi minik avtomobili, yolun hərəkət hissəsindəki açıq lüklərdən birinə düşüb. Sürücünün sözlərinə görə, nəqliyyat vasitəsini yolda təyin olunmuş maksimal sürətlə idarə etsə idi, qəzanın fəsadları daha ağır ola bilərdi.

Ceyhun Musayev deyir ki, qəza nəticəsində avtomobilinə dəymiş zərər onun səriştəsizliyi yox, yolda açıq olan quyular səbəbindəndir. Buna görə də o, aidiyyəti qurumdan dəymiş zərərin ödənilməsini istəyir.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yol infrastrukturunda olan qüsura görə qəza baş veribsə, sürücü bunu sübut edən sənədlərlə agentliyə müraciət edə bilər. Respublika və yerli əhəmiyyətli yollarda mütəmadi olaraq monitorinq aparılır. Əgər yolun hərəkət hissəsində təhlükəsizliyə və fasiləsizliyə səbəb olan hansısa problem varsa, aradan qaldırılır.

Sözügedən yolda isə yağış barmaqlıqlarının oğurlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR