Bakının bu hissəsində "xruşovka"lar sökülür

Bakının bu hissəsində "xruşovka"lar sökülür
SOSİAL
10:24 15.11.2021
648
Bakının Yasamal rayonunda "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hazırda A.M.Şərifzadə və İ. Taılıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.

Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

"Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR