Bakının bu hissəsində su olmayacaq

Bakının bu hissəsində su olmayacaq
SOSİAL
12:27 09.03.2018
1374
Bayılda suyun verilişində məhdudiyyət olacaq.

"Azərsu" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.

Belə ki, 9 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR