Bakının bu küçələrində hərəkət qadağan ediləcək

Bakının bu küçələrində hərəkət qadağan ediləcək
SOSİAL
09:59 06.10.2017
1047
Bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq. "Azəravtoyol” ASC-dən bildirilib ki, axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
 
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
OXŞAR XƏBƏRLƏR