Bakının bu küçələrində sıxlıq var - SİYAHI

Bakının bu küçələrində sıxlıq var - SİYAHI
SOSİAL
10:05 02.08.2021
230
Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq var.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Qara Qarayev prospekti, əsas yol və köməkçi yol - Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində, Yavər Əliyev küçəsi (aeroport şosesinə çıxan yol), Zabrat şosesi (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində), Binəqədi şosesi - (əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.
OXŞAR XƏBƏRLƏR