Xezerxeber.az-ın məlumatına görə, söhbət Koroğlu Rəhimov küçəsindən Təbriz küçəsinə dönən yoldan gedir.
Ətrafdakı sakinlərin sözlərinə görə, lükların üstü aylardır ki, açıqdır.
Həmin ərazidəki üstü açıq lüklardan biri də hərəkətin intensiv olduğu piyada zolağının düz üzərindədir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin lük çərçivələri oğurlanıb. Artıq əraziyə baxış keçirilib, qısa müddət ərzində lük çərçivələrinin yenisi ilə bərpa olunması üçün zəruri addımlar atılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: