Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi

Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi
SOSİAL
17:01 03.09.2025
1239
Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.

Təfəkkür Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.

2016-cı ilin oktyabr ayında Təfəkkür Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə  qəbul edib.

Qeyd edək ki, Təfəkkür Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi. 

M.Atakişiyev 2016-cı ildə Təfəkkür Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.

Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
20:05 28.10.2026
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
20:02 28.10.2026
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
20:00 28.10.2026
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
19:28 28.10.2026
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
19:20 28.10.2026
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
AFFA 10 komandaya texniki məğlubiyyət verib
19:08 28.10.2026
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
18:53 28.10.2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
18:42 28.10.2026
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
18:26 28.10.2026
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
18:12 28.10.2026
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
17:52 28.10.2026
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb