Bakının bu prospektində hərəkət mədudlaşdırılacaq

Bakının bu prospektində hərəkət mədudlaşdırılacaq
SOSİAL
16:34 17.05.2017
766
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai  prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq. İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

OXŞAR XƏBƏRLƏR