Bakının bu rayonlarında qanunsuz hündürmərtəbəli binalar tikilir - Prokurorluq işə qarışdı

Bakının bu rayonlarında qanunsuz hündürmərtəbəli binalar tikilir - Prokurorluq işə qarışdı
SOSİAL
15:41 13.08.2018
6346

Bakının bir neçə rayonunda tikinti sahəsində qanunsuzluq aşkarlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğin yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır.

Eyni zamanda bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməmiş, rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilmiş, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA