Bakının daha bir mərkəzi küçəsi piyadayönümlü olur - VİDEO

Bakının daha bir mərkəzi küçəsi piyadayönümlü olur - VİDEO
SOSİAL
00:20 15.09.2026
89
Paytaxtın daha bir mərkəzi küçəsi piyadyönümlü olacaq.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, nəqliyyat eksperti Anar Əliyev deyir ki, Yasamal rayonunda yerləşən Məhəmməd Naxçıvani küçəsinin ətrafında yaşayış binaları və müxtəlif iaşə obyektləri yerləşir. Bu səbəbdən ərazi gün ərzində kifayət qədər intensiv piyada və nəqliyyat hərəkəti ilə seçilir.

Ekspertin sözlərinə görə, küçənin piyadalaşdırılması digər küçələrdən oraya giriş-çıxışın tamamilə bağlanması anlamına gəlmir.

O, hesab edir ki, Bakının mərkəzində daha bir küçənin nəqliyyat yönümlü məkandan piyada yönümlü əraziyə çevrilməsi şəhərin ümumi urbanistik yanaşmasının növbəti nümunəsi ola bilər.

OXŞAR XƏBƏRLƏR