Bakının “əl yandıran” kirayə qiymətləri – Bu ərazilərdə ciddi bahalaşma var

İQTİSADİYYAT
16:28 03.12.2024
396
Son vaxtlar paytaxtın kirayə mənzil bazarında qiymət artımı sürətlə davam edir. Söküntülərin genişlənməsi, tələbələrin intensiv axını və bütün bunların fonunda ilbəil ənənəvi formada davam edən daxili miqrasiya bahalaşmaya səbəb olan əsas faktorlardır.

Elan saytlarında Bakının kirayə mənzil bazarındakı son vəziyyəti araşdırıb. Müşahidələrimizə əsasən, paytaxtın 3 mərkəzi rayonu kirayə bazarında qiymət cədvəlinə "başçılıq” edir.

Hazırda Bakının Nəsimi, Səbail, Nərimanov rayonlarında kirayə mənzillərin əksəriyyətinin qiymətləri dördrəqəmlidir.

Nümunə üçün qeyd edək ki, Nəsimi rayonu "8 Noyabr” metrostansiyasının yaxınlığında 3 otaqlı 106 kvadratmetr sahəsi olan yenitikili mənzilin aylıq kirayə qiyməti 2000 manata təklif olunur. Rayonun "28 May” metrostansiyasına yaxın 5 otaqlı mənzil isə nə az nə çox, 5200 manat dəyərindədir.

Səbail rayonu Bayıl qəsəbəsində isə 135 kvadratmetr ölçüdə 3 otaqlı mənzilin aylıq kirayəsi 3000 manatdır. Sözügedən ərazidə 2 otaqlı mənzillərin aylıq dəyəri isə ən azı 1500 manatdan başlayır.

Nərimanov rayonunda da eyni tendensiya hökm sürür. Nəsimi və Səbailə nisbətən, kirayə qiymətləri daha ucuz olsa da, burada da ciddi bahalaşma var. Xüsusən, "Nəriman Nərimanov” metrostansiyasına daha yaxın olan binalarda qiymət artımı daha çox hiss olunur. Burada 2 otaqlı kirayə qiymətlər 1000, 3 və daha çox otağa malik olanlar isə ən az 1500 manata təklif edilir.

Realtorlar köhnə beşmərtəbə və doqquzmərtəbələrin söküntülərinin artmasından sonra qiymətlərin daha da bahalaşacaağını deyir. Sözügedən tendensiya kirayə mənzil bazarında qıtlığa da səbəb ola bilər.
 
///Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb