Bakının ən bahalı beş villası bunlardı - QİYMƏTLƏRİ

Bakının ən bahalı beş villası bunlardı -  QİYMƏTLƏRİ
İQTİSADİYYAT
01:26 19.08.2015
11138

Neftin dünya bazarında ucuzlaşması ölkənin mənzil bazarında qiymətlərə mənfi təsir göstərib. Daha dəqiq desək, neftin uculaşması daşınmaz əmlak bazarını “vurub”.

Ötən ay təkrar yaşayış mənzil bazarında təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. Bu da “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik yaxşı təmirli mənzil olub. Mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollardır. Lakin qiyməti milyon manatdan yuxarı olan fərdi yaşayış evləri də var.

Satışa çıxarılan ən bahalı 5 malikanənin qiymətini təqdim edirik:

1-ci yer

Siyahıya Məmməd Araz küçəsində yerləşən villa liderlik edir. Beşmərtəbəli ev 5 sot ərazidə yerləşir. Evin yaşayış sahəsi - 240 kvadratmetrdir. Qiyməti - 3 500 000 manat.

2-ci yer

Qiyməti boğazları qurudan villa Bakıda Atatürk prospektində yerləşir. Evin sahəsi 630 kvadratmetdir. İkimərtəbəlidir, 12 sot ərazidə yerləşir. Tavanın hündürlüyü 4,2 metrdir. İki buxarı, iki geniş eyvanı var. Abadlaşdırılmış həyətində meyvə və ekzotik ağaclar əkilib. Qiyməti - 3 500 000 manatdır.

3-cü yer

25 sot ərazidə inşa edilən tam şəraitli villa siyahının 3-cü pilləsində qərarlaşıb. Tikilinin sahəsi 850 kv.m-dir. Bina mebel ilə tam təchiz edilib. Həyətdə hovuz, yay mətbəxi var. Qiyməti - 3 200 000 manatdır.

4-ci yer

Bakida “Neftçilər” metrosu yaxınlığında yerləşən üçmərtəbəli bina. Binanın eyni zamanda mansardı var. 12 sot ərazidə yerləşən mülkün qapalı hovuzu və saunası var. Ev yaşayış üçün lazım olan müasir sistemlə təchiz edilib. Qiyməti - 2 500 000 manat.

5-ci yer

Məmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən üçmərtəbəli villa siyahının 5-ci pilləsindədir. 5 sot sahədə yerləşən evin yaşayış sahəsi – 480 kvadratmetrdir. Villada 8 yataq otağı var, evin döşəməsinə şabalıd ağacından hazırlanmış parket döşənib. Həyət abadlaşdırılıb. Qiymət - 2 300 000 manatdır.

Ekspertlər deyir ki, Azərbaycanın demək olar bütün elit daşınmaz əmlakı Bakının mərkəzində yerləşir. Bununla belə göstərilən evlər ən bahalılar sayılmır. Çünki elit daşınmaz əmlak bazarı qapalı olur və cəmiyyətə məlumat verilmir. publika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?