Bakının ən böyük prospektlərindən biri bağlanır

SOSİAL
10:16 17.09.2024
147
8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR