Bakının iki rayonu susuz qalacaq

Bakının iki rayonu susuz qalacaq
Bütün Xəbərlər
10:55 17.10.2014
747

Magistral su xəttində qəza baş verib.

Bu gün Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır.AZXEBER.COM xəbər verir ki, “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR