Bakının iki rayonunda dəm qazı faciəsi — 2 ölü

Bakının iki rayonunda dəm qazı faciəsi — 2 ölü
SOSİAL
10:35 18.12.2017
869
Ötən axşam Bakıda iki nəfər dəm qazından boğularaq dünyasını dəyişib.
 
AZXEBER.COM-un Ölkə.Az-a istinadən məlumatına əsasən, ötən axşam Xətai rayonu, Aşıq Qurbani küçəsində yaşayan 1987-ci il təvəllüdlü Şamil Əliyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə -Tibbi Ekspertiza Birliyinin Xətai rayon şöbəsinə aparılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırmalara başlanılıb.
 
Digər analoji hadisə Nəsimi rayonunda qeydə alınıb. Salatın Əsgərova küçəsində yaşayan 1971-ci il təvəllüdlü Səkinə Fərzulla qızı Hüseynova dəm qazından zəhərlənərək ölüb. Fakla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR