Aparılan təmir işləri ilə əlaqədar bu gecə Bakının iki ərazisində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən xəbər görə, məhdudlaşdırma qısa müddətə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətində tətbiq ediləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunub.