Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
Əlavə maşınlar da yoldadır.
Bu barədə APA-ya hadisə yerində operativ qərargahdan bildirilib.
* * * *
Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, güclü yanğın "maşın bazarı"nın girişində baş verib və yanğın təxminən 25 mağazaya yayılıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
21:29 / Bakının "maşın bazarı"nda güclü yanğın
Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.
Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.