Bakının mərkəzi prospektlərindən biri bağlanıb. Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yeraltı tunel tikintisi ilə əlaqədar Heydər Əliyev prospektindəki kənar yolun hər iki hərəkət hissəsi, Şəfa stadionunun qarşısı bağlıdır. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.












































