Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - VİDEO

Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - VİDEO
SOSİAL
11:42 21.04.2025
377
Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.

AZXEBER.COM xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR