Bakı şəhərinin Səməd Vurğun və Əlövsət Quliyev küçələrinin kəsişməsində piyada keçidi nişanı (5.16.1) əyilərək yol kənarında olan binanın divarına yapışıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, yol nişanının dirəyindəki zərbə yerinə əsasən, bunun yol-nəqliyyat hadisəsi zamanı baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, əyilən yol nişanı sürücülər üçün təhlükə yaratmaqla yanaşı, səkidə gedən piyadaların da hərəkətinə mane olur.










































