Səbail rayonunda minik avtomobilində yanğın olub.
Hadisə "Sahil” metrosunun yaxınlığında qeydə alınıb. "Audi" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və texnikası cəlb olunub. Yanğın söndürülüb.