Bakıda oğurluq etmiş keçmiş məhkum tutulub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat, 14.900 ABŞ dolları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan rayon sakini, əvvəllər məhkum olunmuş M.Zülfüqarov saxlanılıb.
Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.