Bakının mərkəzində naməlum bıçaqlanma hadisəsi baş verib

KRİMİNAL
11:47 21.01.2014
1698

Bakının mərkəzində 18 yaşlı oğlan bıçaqlanıb. 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün gecə saatlarında rayonun Xəqani küçəsi-3 ünvanın qarşısında qeydə alınıb.

Bıçaqlanan şəxsin Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Səbuhi Mirhəşim oğlu Sultanov olduğu məlum olub. Hadisə naməlum şəraitdə baş verib. S. Sultanov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR