Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binaların birində bədbəxt hadisə baş verib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 19 radələrində "Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik işləri gördüyü zaman "tok” vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.