Bakının mərkəzində qəza: Taksi yaşlı kişini keçidin yanında vurub öldürdü - FOTOLAR

SOSİAL
12:53 26.08.2019
4873
Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
 
AZXEBER.COM xəbər verir ki, hadisə Sahil metrosunun yanında - Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hadisəyə səbəb taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini (red: şəxsiyyəti dəqiqləşdirilməyib) vurması olub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və hadisədən bir neçə dəqiqə sonra keçinib. 
 
Faktla bağlı araşdırma başlanılıb. 
 



OXŞAR XƏBƏRLƏR