Bulvar ərazisində skuter sürənlər narazılıq yaradır: Onlar bilməlidir ki...

SOSİAL
16:09 10.07.2023
1233
Skuter sürücüləri paytaxtda təhlükə yaratmaqda davam edir. Xüsusən, son günlər Dənizkənarı Milli Park ərazisində elektron skuterlərdən əyləncə məqsədi ilə istifadə edənlərin sayı artıb.

Onların paytaxt sakinlərinin arasında necə gəldi hərəkət etmələri istirahət etmək istəyənlərin narazılıqlarına səbəb olur.

Vətəndaşlar bildirir ki, skuter sürənlərə görə rahat gəzməkdə çətinlik çəkirlər. İnsanların sıx olduğu yerlərdə belə sürətlə keçərək təhlükə yaradırlar.
 

 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov AZXEBER.COM-a açıqlama verib.

O hesab edir ki, elektron skuterlər üçün yeni qaydaların müəyyənləşdirilməsinə ehtiyac var:

"Bu qaydalar müəyyənləşdirilənə qədər elektron skuterlərlə bağlı problemlər qalacaq. Nizamsız qaydada skuterlərin sürülməsi, piyada vurma hallarının sayı artıb. 15-16 yaşlı şəxslərin bu nəqliyyat vasitəsini istifadə etdiyinin şahidi oluruq. Skuter sürən şəxslər bilməlidirlər ki, onların yaşı 16-dan azdırsa, bu nəqliyyat vasitəsini avtomobil yolunda sürə bilməzlər. Skuter sürücüləri yolun sol zolağı və ortası ilə deyil, sağ zolağı ilə hərəkət etməlidirlər. Sürən şəxslər mütləq dəbilqə taxmalıdırlar. Skuterin önündə və arxasında fənərlər olmalıdır”.

Ekspert qeyd edib ki, skuter sürənlər üçün ayrıca yollar olmalıdır:

"Bulvarda skuterlər üçün ayrıca zolaq çəkilə bilər ki, onlar həmin zolaqla hərəkət etsinlər. Yeni qaydalar müəyyənləşdirilməzsə, skuterlərlə bağlı bu problemlər həllini tapmayacaq”.
 

 


Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli AZXEBER.COM-a açıqlama verib.

O bildirib ki, son üç ay ərzində Bakı şəhərində 500-ə yaxın skuter sürücüsü cərimələnib:

"Skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozarlarsa, cərimələnirlər. Hər bir hal İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində müəyyən olunmuş məsuliyyətlər formalaşdırır. Baş geyimindən düzgün istifadə etməmək 40 manat, digər hallarda isə qayda pozuntularına uyğun olaraq 20-100 manat cərimələr müəyyən edilib.
 
Son üç ay ərzində Bakı şəhərində 500-ə yaxın skuter sürücüsü əsasən dəbilqəsiz və düzgün zolaq seçmədiyinə görə cərimələnib”.
 
Dənizkənarı Bulvar İdarəsinin açıqlamasında bildirilib ki, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb.

Qeyd olunub ki, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.

Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir