Bakının mərkəzindəki yanğının səbəbi açıqlandı - RƏSMİ

Bakının mərkəzindəki yanğının səbəbi açıqlandı - RƏSMİ
SOSİAL
00:23 12.07.2022
1969

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

AZXEBER.COM bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

OXŞAR XƏBƏRLƏR