‘Bakı’nın məşqçisi hakimdən şikayətləndi

İDMAN
02:00 21.10.2013
897

Mlinko Pantiç: "Bilmirəm mən neyləmişəm ki, belə münasibətlə üzləşirəm"

“Bakı”nın baş məşqçisi Milinko Pantiç hakimdən narazı qalıb. ANS PRESS klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın X turu çərçivəsində keçirilmiş AZAL-la oyunu şərh edən serb mütəxəssi 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib: "Belə qarşılaşmadan sonra mən sevincliyəm. Komandam 90 dəqiqə hücum etdi, qol vurmaq üçün bəxtimiz gətirmədi. Nə gücümüz var idi, onu da göstərdik. İlk hissədən sonra paltardəyişmə otağına gələn futbolçular hakimlikdən narazılıq etdilər ki, “bəs biz neyləyək, belə səhvlər olar?!”. Mən məşqçi olaraq bura futbolun inkişafı üçün gəlmişəm. Gəldiyim gündən hər kəslə mehriban olmağa çalışıram. Bilmirəm mən neyləmişəm ki, belə münasibətlə üzləşirəm. Bəlkə “Bakı”ya qarşı əvvəlcədən qalmış narazı hallar var? Daim futbolçulara hakimlərə hörmət etmək göstərişi verirəm. Oyunçularımla fəxr edir və rəqib qapıçı Ruslan Məcidovu karyerasının ən yaxşı oyununu keçirməsinə görə təbrik edirəm. İlk dövrədə AZAL-a uduzduq. Lakin indi rəqibdən 1 xal qopardıq. Elxan Əhmədovun heyətdə ilk matçı olmasına rəğmən, yaxşı oynadı, özünü itirmədi. Burda daha çox yerli gənclərlə işləyirəm. Kim çalışırsa, ona da dəstək verəcəm. Vüqar Mustafayev, Vüqar Bəybalayev və Namiq Ələsgərov da tədricən meydana çıxmaq şansı qazanacaq. Bizi dayandırmaq istəyirlər. Belə güclü olmağımız məni sevindirir. Görüş bitər-bitməz Hafiz Məmmədov mesaj yazıb məni komandanın yaxşı çıxışına görə təbrik etdi və düzgün yolda olduğumu bildirdi. Elvin Məmmədova gəlincə, toyuna qədər yaxşı idi, sonradan bir qədər zəiflədi. Ancaq indi öz formasına qayıtmağa çalışır. Tezliklə onu da heyətdə görə biləcəksiz”.

OXŞAR XƏBƏRLƏR