Bakının Sabunçu və Suraxanı rayonlarında qaz olmayacaq

Bakının Sabunçu və Suraxanı rayonlarında qaz olmayacaq
SOSİAL
08:51 03.07.2025
170
Sabunçu rayonu, Zabrat qəsəbəsində və Suraxanı rayonu, Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə AZXEBER.COM Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR