Bakının stasionar rabitə şəbəkəsində nömrələrin daşınmasına başlanılıb

İQTİSADİYYAT
13:22 29.11.2013
1471

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətini onlayn rejimdə bir gün ərzində həyata keçirir.

AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən verdiyi məlumata əsasən, bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən abunə yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər.Məlumatda deyilir ki, bu servis Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir və istənilən abunə onlayn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət etsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edə bilər.Yeni xidmətin daha bir üstünlüyü onun on dəfə ucuzlaşmasıdır. Belə ki, əvvəllər abunə yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyərək müraciət edirdisə, hazırda telefon nömrəsi bir ATS-in ərazisindən digər ATS-in ərazisinə daşındığı halda abunə buna görə cəmi 3 manat ödəyir.

OXŞAR XƏBƏRLƏR