Bakının susuz qalmasının səbəbi

Bakının susuz qalmasının səbəbi
SOSİAL
15:21 29.08.2016
1596
Yayın ən qızmar ayı olan avqustda paytaxt Bakı susuzluqla üz-üzə qaldı.
Paytaxtın Yasamal, Xətai, Binəqədi, Nərimanov, Nizami kimi iri rayonları günlərcə susuz qaldı. Avqust ayının 19-dan etibarən başlayan problem bu günə kimi hələ də tam həllini tapmayıb. "Azərsu" ASC-nin "qaynar xətt"inin abonentlərə verdiyi cavab isə qənaətbəxş deyil. Problemin təzyiqlə bağlı olduğu deyilirdi. Beləliklə, gün ərzində mənzillərə yalnız 1-2 saat su verilirdi.
Minlərlə abonentin susuz qalması isə ciddi narahatlıq yaradan məsələyə çevrilib. Baxmayaraq ki, suyun qiyməti də iyul ayından etibarən nə az, nə çox - 39 faiz qaldırılıb. Əvvəl suyun hər kubmetrinə 36 qəpik verən abonent indi daha artıq, yəni 50 qəpik ödəməli olur. Yəni abonentin cibindən 39 faiz artıq pul çıxır, amma keyfiyyətli xidmətin şahidi olmur.
Nəzərə alsaq ki, "Azərsu" dövlət qurumudur, hər il dövlət büdcəsindən bu quruma milyonlarla pul ayrılır. Bundan əlavə, dövlət zəmanəti ilə iri həcmli kreditlər götürülür.
Xatırladaq ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. 2012-2013- cü ilin büdcəsindən isə "Azərsu" ASC-yə 20 000 000 manat ayrılıb. 2015- ci ilin dövlət büdcəsindən 16.192.268,0 manat , 2016-cı ilin dövlət büdcəsindəm isə 13.824.432,0 manat vəsait ayrılıb.
Bundan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün bu quruma 181,112 mln manat vəsait ayrılıb.
Bu qədər milyardların xərcləndiyi bir qurumun isti günlərdə istehlakçıları susuz qoyması narazılıq predmetinə çevrilib.
Problemlə bağlı "Qafqazinfo" ya danışan iqtisadçı ekspert İlham Şaban bildirib ki, "Azərsu", "Azəriqaz", "Azərişıq" kimi kütləvi istehlakçılara xidmət göstərən qurumlar monopolist təşkilatlardır: "Yəni istehlakçıların alternativ seçimi yoxdur. Onlar monopolistdən asılıdır. Xidmət haqlarının artırılmasına baxmayaraq fövqəlvəziyyətlərlə üzləşdiyi anda vəziyyətdən qısa müddətdə çıxa bilmirlər. Tarif Şurası qiymətlərin artırılması ilə bağlı hissədə göstərmişdi ki, artırılan qiymət istehlakçıya göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək. Ancaq biz bunu hələ ki, müşahidə edə bilmirik. Bu təkcə "Azərsu"nun problemi deyil. Azərbaycanda monopolist olan qurumların əksəriyyətində biz bu kimi halları müşahidə edirik.
Məsələn, mənim mənzilimdə hər ay 4.50 qəpik su sərfiyyatı olur. Qiymət artımından sonra 456 kub metr su sərfiyyatı yazıldı. Yasamal Su İdarəsindən dedilər ki, rəqəm kompüterdə səhv düşüb. Axı burada insan faktoru var. Kompüter öz-özündən yazmır ki. Birdən-birə sərfiyyat 15 dəfə necə arta bilər? Bəyəm hökumət evində fabrik açmışam? Sanki talon verirlər. Bu işə məsuliyyətsiz yanaşmağın nəticəsidir".
Ekspert xatırladıb ki, 2011-ci fevral ayında Nazirlər Kabineti "Azərsu"nun bütün borclarını sildi: "Üstündən 5 il keçəndən sonra "Azərsu" Tarif Şurasına müraciət edir ki, bu tariflərlə heç bir şeyi idarə edə bilmir. Tarif Şurası da çox böyük faizlə qiymətləri artırdı. Bəs bu tariflərlə "Azərsu"nun fəaliyyəti rentabellidirmi? Mən sizi inandırıram ki, bu tariflərlə də onların fəaliyyəti rentabelli deyil. Adi istehlakçı, bir aptekçi, dəllək də sudan istifadə edir. Ancaq adi istehlakçı suya 50 qəpik ödəyir. Amma hüquqi şəxslər iki manat ödəyirlər. Yəni 4 dəfə çox. Hüquqi şəxslər 4 dəfə baha ödəyəndə nə baş verir ki?
Xaricdə isə belə yanaşma yoxdur. Hətta xaricdə kommersiya təşkilatlarına kommunal xidmətləri daha ucuz təklif edirlər. Çünki onlar daha çox istifadə edirlər. Azərbaycanda isə heç bir şeyin rentabelliyi olmur. Sonra ortaya məsələ çıxır ki, hamı-hamıya borcludur. Bu sistem nə qədər ki dəyişilməyib, islahatlar aparılmayıb bunlar heç vaxt rentabelli işləyə bilməyəcəklər, keyfiyyətli xidmət də olmayacaq".
"Azərsu" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo"ya bildirib ki, artıq magistral xətlərin birində baş verən qəza tam aradan qaldırılıb: "Qəza baş verən günlərdə fasiləsiz su alan ərazilərimizi fasiləli rejimə keçirtmişdik. Bəzi yerlərdə də qrafiklərdə dəyişiklik baş vermişdi. Artıq bu məsələlər tam aradan qalxıb. Bakıya da əvvəlki qaydada su verilir".
O qeyd edib ki, magistral xətdə qəza baş verirsə, problemin tez müddətdə aradan qaldırılması mümkünsüzdür. Təkcə xəttin boşaldılması bir sutkaya yaxın vaxt aparır. Sonra orada qəzanı müəyyən edirik. Daha sonra xəttin su ilə doldurulması prosesi iki dəfə çox vaxt aparır. Xətdən havanı çıxartmaq laızmdır. Çünki hava qalsa, yenidən qəza olacaq. Qəzanın baş verməsi 3 saat vaxt aparırsa, rejim pozğunluğunun aradan qaldırılması, şəhərdəki rejimlərin tənzimlənməsi 3 sutka vaxt aparır. İndi bu baş verən qəza 1200-lük xətdə idi. Xətti bütün bağlayandan sonra təmir-bərpa işləri aparıldı. Suyun tam boşaldılması 20 saata yaxın vaxt apardı. Daha sonra iki-üç sutka isə təmir işlərinə, rejimin bərpa olunmasına sərf olundu. Hidrolik rejimləri tənzimləmək çətindir".
A. Cəbrayıllı suyla bağlı xidmətin keyfiyyətinin aşağı olmasına da münasibət bildirib: "Oğuz-Qəbələ su kəməri, Ceyranbatan su anbarı istifadəyə veriləndən Bakı şəhərində fasiləsiz su alan yerlərin faizi 38-dən 80 faizə qaldırılıb. Bu keyfiyyət deyilmi? Əgər vətəndaş əvvəllər Badamdarda iki-üç gündən bir su alırdısa, indi səhər-axşam su alırsa bu kefiyyət deyilmi? Əgər Yasamal rayonunun bəzi küçələri fasiləsiz su alırsa, bu keyfiyyət deyilmi? Bu gün "Azərsu"nun əhaliyə verdiyi suyun keyfiyyətində heç bir problem yoxdur. Dövlət standartlarına uyğundur. Keyfiyyəti kifayət qədər artırmışıq və bu istiqamətdə də işlərimiz davam edir".
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi