Bakının tanınmış lazer epillyasiya mərkəzlərindən biri sayılan və hazırda fəaliyyətini dayandıran "Epiderm” haqqında sosial şəbəkələrdə yayılan şər-böhtan xarakterli yazılar ciddi səs-küyə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, mərkəzin 56 minlik rəsmi "facebook” səhifəsində müştərilər üçün xidmət sahələri haqqında məlumatlar deyil, mərkəzin rəhbər şəxsləri haqqında tənqidedici və müxtəlif səpkili ittihamlar səslənir.
Səhifəyə göz yetirdiyimiz zaman son paylaşımlar Türkiyə Cumhuriyyətinin vətəndaşı Prof. Dr. Teoman Cem Kadıoğlunun hüquqşunası tərəfindən yazıldığını görmək mümkündür. İddiaya görə, Türkiyədən Azərbaycana yatırım edən iş adamı Teoman Cem Kadıoğlunun "Epiderm” MMC-də olan əmlakına sahib çıxılaraq onların Azərbaycandakı şəriklərinə verildiyi qeyd edilib. Bu isə məhkəmə qərarı ilə edilib.
Bütün bu məlumatlarda Türkiyə vətəndaşı şərikləri tərəfindən aldadıldığını və məhkəmə qərarının əsassız olduğunu bildirib.
Bəs həqiqətdə nə baş verir?
Portalımıza danışan və hazırda "Epiderm” MMC-nin yerinə fəaliyyət göstərən şirkətin rəhbəri Bikəxanım Əliyeva sosial şəbəkələrdə tamamilə uydurulmuş məlumatların yazıldığını bildirib:
"Epiderm Lazer Epillyasiya Bakının feysbuk səhifəsində dərc edilmiş yazı ilə bağlı bildirmək istərdik ki, «Epiderm» MMC-nin təsisçisi Teoman Cem Kadıoğlu şər və böhtan xarakterli məlumatlar yayaraq, öz nöqsan və ayıblarını örtmək üçün bizi nüfuzdan salmağa çalışır.
«Epiderm» MMC 2012-ci ildən fəaliyyət göstərir. Bütün bu müddət ərzində «Epiderm» MMC-nin təsisçisi Teoman Cem Kadıoğlu və onun arvadı Hüsniye Kadıoğlu mütəmadi olaraq, Azərbaycan Respublikasına gələrək, dövlət orqanlarına rəsmi şəkildə bəyanat vermədən buradan qanunsuz şəkildə külli miqdarda pullar aparmışlar. 2017-ci ilin may ayında şirkəti bağlamaq qərarına gələn Teoman Cem Kadıoğlu bu günə qədər işçilərin əmək haqqısını və şirkətin xərclərini ödəməmişdir. Həmin vaxtdan etibarən Teoman Cem Kadıoğlu şirkətə məxsus olan 2 ədəd lazer aparatını buradan qanunsuz şəkildə Türkiyə Cumhuriyyətinə aparmaq istəyir. Halbuki, Teoman Cem Kadıoğlunun şirkətin direktoru və həmtəsisçisi Bikəxanım Əliyevaya 136.000 manat məbləğində borcu vardır. Məhz bu borcu, o cümlədən işçilərin əmək haqqılarını və digər xərcləri ödəməmək üçün Teoman Cem Kadıoğlu tez bir zamanda 2 ədəd lazer aparatını şirkətdən çıxarmağa və özününküləşdirməyə cəhdlər edir. Bu cəhdlərinin qarşısını isə Azərbaycan Respublikasının məhkəmələri 2 dəfə qərar qəbul etməklə almışlar. Belə ki, məhkəmə qərarları ilə həmin aparatların üzərinə həbs qoyulmuş və şirkətdən çıxarılmaları qadağan edilmişdir. Hüquqi müstəvidə heç bir nailiyyət əldə edə bilməyən və uğursuzluqla üzləşəcəyini anlayan Teoman Cem Kadıoğlu və onun arvadı Hüsniye Kadıoğlu bu cür çirkin yollara əl atmağa başlamışlar”.
Şirkətin keçmiş rəhbəri B.Əliyeva hazırda müxtəlif Türk saytlarında ona və ailəsinə qarşı qarayaxma kampaniyalarına başlanıldığını və bütün bunlarla bağlı qanunvericiliyin tələblərinə uyğun hərəkət edəcəklərini deyib:
Bu yazı dərc edilməmişdən 1 saat əvvəl onların hüquqşunası Rasim Orucov bizə zəng edərək, bildirmişdir ki, «əgər 1 saat ərzində aparatlar bizə verilməsə biz sizin adlarınızı mətbuatda çəkəcək və sizi nüfuzdan salan məqalələr dərc etdirəcəyik». Bu məsələ iləəlaqədar artıq polisə müraciət olunmuşdur.
Teoman Cem Kadıoğlu və onun hüquqşunası Rasim Orucov 3 ay ərzində məhkəmələrdə heç bir nailiyyət əldə etmədiklərindən «danışıqlara» başlamış, əvvəlcə xahişlər etməyə başlamışlar. Bu xahişlərdən heç bir nəticə çıxmayacağını görüb borclarını ödəməmək üçün belə çirkin əməllərə və hədə qorxu gəlməyə başlamışlar"
Qeyd edək ki, məhkəmə qərarı həmvətənlərimizin xeyrinə çıxartsa da, iş adamlarına qarşı da sosial şəbəkələrdə şər-böhtan kampaniyası davam etməkdədir.
İddiada adları səslənən Teoman Cem Kadıoğlu və onun həyat yoldaşı Hüsniye Kadıoğlu
Bikəxanım Əliyevanın hüquqşünastının açıqlaması