Bakının Xətai rayonunda 40 illik park dağıdıldı

MAQAZİN
15:22 06.04.2013
2178
Xətai rayonunda istirahət parkı dağıdılıb. Əhmədli qəsəbəsi Məzahir Rüstəmov 21 ünvanında yerləşən parkın ərazisi tikinti üçün qazılıb. Adıçəkilən parkın yanındakı bina sahiblərinin sözlərinə görə, qazıntı işlərinə ötən gündən başlanılıb. 40 ildən çox yaşı olan və dövlət tərəfindən salınan parkın əvvəlcə baş hissəsi, sonra isə çıxışı qazılıb. Lakin əhalinin müdaxiləsi fəhlələrin işini yarımçıq qoyub."Ötən gün bizimlə qazıntı işləri aparanlarla dava-dalaş oldu. Onları parkdan çıxara bildik. Gecə saat 01:00-a kimi parkda növbə çəkmişik. 200x100 metrə yaxın sahəsi olan parkda 40-50 yaşı olan ağaclar var. Qazıntı işləri aparanları qovandan sonra öz gücümüz hesabına qazılan quyulardan birini doldurduq. Lakin o biri dərin olduğu üçün onu bağlaya bilmədik. İşçilər bizə ətraflı məlumat verməsələr də, parkın ərazisində nə isə tikiləcəyini dedilər", deyə sakin Kərəm Məhərrəmov bildirib.Onun sözlərinə görə, hazırda da bina sakinləri parkın qazılmasının və ağacların kəsilməsinin qarşısını almaq üçün parka toplaşıblar. Hazırda sakinlər Prezident aparatı, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə müraciət hazırlayırlar.

OXŞAR XƏBƏRLƏR