Bakının bu ərazisində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının bu ərazisində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
SOSİAL
17:16 29.06.2022
214
Sabah saat 08:00-dan iyulun 3-ü saat 20:00-a qədər Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

AZXBER.COM xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR