Bakının yeni prokuroru kimdir? - DOSYE

Bakının yeni prokuroru kimdir?  - DOSYE
SOSİAL
14:05 26.04.2017
2502

Bu gün baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. 

Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu vəzifəyə təyin edilənədək müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.

 

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

 

///lent.az
OXŞAR XƏBƏRLƏR