'Bakinternet'də yaranan problemə aydınlıq gətirildi

İQTİSADİYYAT
14:20 29.07.2013
2268

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “D-Link” markalı modemlərdə yaranan problemlərə aydınlıq gətirilib.

“Yeni Müsavat” qəzetinin iddiasına görə, “D-Link” markalı modemləri istifadə edən abonentlərin internet xətləri “Bakinternet” tərəfindən qəsdən bağlanıb, onlara məcburi qaydada TP-Link modelləri satılır.Nazirliyin mətbuat xidmətinin rəhbəriMüşfiq ƏmirovisəGün.Az-a bildirib ki, köhnə serverlər yeniləri ilə əvəz ediləndən sonra “D-Link” tipli modemlərdə problem yaranıb:“Bakinternet” internet mərkəzində köhnə serverlər “CISCO” şirkətinin istehsalı olan daha güclü, eyni zamanda 100 min istifadəçiyə xidmət göstərə bilən müasir genişzolaqlı serverlərlə əvəz ediləndən sonra 1998-ci ilin proqram təminatı olan “D-Link” tipli modemlərin istifadəçilərində qoşulmada qismən problemlər yaranıb”.Onun sözlərinə görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən paralel olaraq köhnə serverlər də dövriyyəyə qoşularaq problem həll edilib.Nazirliyin sözçüsü qeyd edib ki, gələcəkdə köhnə serverin istismardan çıxarılacağını nəzərə alaraq “Bakinternet” abunəçilərində olan köhnə versiyalı “D-Link” modemləri BTRİB tərəfindən yenisi ilə ödənişsiz əvəz edilir.“Bakinternet” internet mərkəzindən də Gün.Az-a texniki məsələ ilə bağlı həmin tipli modemlərdə problem yarandığını və artıq bir neçə gündür problemi həll etməyə başladıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR