20 yaşlı braziliyalı Katarina "Playboy" jurnalı üçün açıq-saçıq fotosessiyaya satılıb. Sənədli film çərçivəsində bakirəliyini hərraca çıxarmış Katarinanın dediyinə görə, "Bakirələr tələb olunur" layihəsindəki filmdən sonra çox populyarlaşıb. "Məni artıq küçədə tanıyırlar, hər gün yüzlərlə məktub alıram. Model olmaq niyyətim var", - Katarina deyib. Qalmaqallı model indi İndoneziyanın Bali adasındadır. Hələ də bakirə olduğunu vurğulayan Miqliorini Avstraliya vizası alaraq, hərracda onun bakirəlik haqqına yiyələnmiş şəxslə görüşmək üçün Sidneyə yollanmaq niyyətindədir. "Noyabrda onlayn-hərracda bakirəliyi Natsu adlı yapon iş adamı aldı", - Katarina deyib. "Bakirələr axtarırıq" layihəsinin müəllifi Castin Sislinin dediyinə görə, o, Katarina ilə bağlı yeni layihə hazırlayır.
milli.az