Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildə yoxa çıxdı

Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildə yoxa çıxdı
SOSİAL
15:47 19.10.2016
1376

 
Bakıda Kürdəmir sakini itkin düşüb. 

Yaxınlarının verdiyi məlumata görə, Bağman kənd sakini, 1973-cü il təvəllüdlü Cəbrayılov Vüqar İsrail oğlu oktyabrın 13-də saat 11 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük yaşayış massivində bacısının evindən çıxıb və bir daha geri qayıtmayıb.
 
Bildirilir ki, V.Cəbrayılov Bakıya maşın almağa gəlib və üzərində 5 min manat olub. Evdən çıxarkən onun əynində göy cins şalvar, qara ayaqqabı, boz rəngli köynək və boz rəngli qolu kəsik kurtka olub.
 
Əməliyyat-axtarış tədbirləri aparılır.
 
Onu görənlərdən 050 772-13-17 və 051 906-35-56 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir.

///Lent.az

OXŞAR XƏBƏRLƏR