Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar

Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar
SOSİAL
22:03 20.01.2026
1095
Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və "Neapol” dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, NİİM-in əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

 

 

 


OXŞAR XƏBƏRLƏR