'Bakıya qayıdan kimi 'Neftçi'dən istefa verəcəm'

İDMAN
10:21 24.07.2013
1421

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Skenderbeu" klubuna 0:1 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.  AZXEBER.COM-unazerisport.com-a istinadən verdiyi məlumata görə, B.Hacıyev Bakıya qayıtdıqdan sonra istefa verəcəyini açıqlayıb:

"Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdır. Bir epizodda Cavid İmamverdiyevi vurdular, amma hakim penalti nöqtəsini göstərmədi. lbaniya çempionuna da demək istəyirəm ki, siz hakimin sayəsində bizi məğlub etdiniz. Növbəti mərhələdə nə edəcəksiniz? Yalnız Bakıya qayıtdıqdan sonra istefa verəcəyəm".

Qeyd edək ki, "Skenderbeu" klubuna 0:1 hesabı ilə məğlub olan "Neftçi" turnirdə mübarizəni erkən dayandırıb.

 

OXŞAR XƏBƏRLƏR