Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşdü

Bakıya qonaq gələn 15 yaşlı qız itkin düşdü
SOSİAL
10:28 05.08.2022
206
Bakıda 15 yaşlı qız itkin düşüb.

Hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR