“Bakı”ya xoş xəbər

İDMAN
13:53 25.01.2012
2066

Zədə səbəbindən komandadan ayrı düşən futbolçuların sağlamlığının yaxşılığa doğru dəyişməsi xəbərləri klub rəhbərliyini sevindirib.

AZXEBER.COM-un məlumatına görə, "AZ Alkmaar"la oyunda damarı dartılan Uinston Parks və sümük zədəsi səbəbi ilə meydanlardan kənar qalan Elvin Əliyev müalicələrini davam etdirirlər.

Hər iki futbolçumuz son günlər ərzində İstanbul Acıbadem Fulya Hastanesi İdman Sağlığı Mərkəzində müalicə aldıqdan sonra düşərgəyə qayıdıblar. Uinston Parksın yaxın günlərdə intensiv məşqlərə qatılacağı təxmin edilir. Elvin Əliyev isə müalicəsini daha 2 həftə ərzində davam etdirəcək.

Qeyd edək ki, komandamız yanvarın 26-da Rumıniyanın "Panduri" klub ilə qarşılaşacaq.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR