Bakıya yağış yağdı - yollarda üzən maşınlar görüntüləndi - VİDEO

SOSİAL
16:40 29.03.2016
3593

Bakıya yağan yağış paytaxt küçələrində ciddi fəsadlara səbəb olub.

"Küləklər şəhəri" Bakı bu gün "Dənizlər kraliçası" Venesiyanı xatırladır. Şəhərə yağan intensiv yağış bir göz qırpımında paytaxt küçələrini keçilməz hala gətirib. Nə avtomobillə, nə də piyada Bakının yağışı ilə mübarizə aparmaq artıq imkansız hala çatıb.

Bu gün yağışın kiçik oyunu şəhər sakinlərini çətin bir sınaqdan keçməyə məcbur etdi. Avtobuslara dolan yağış suyu, həyət evlərinin kandarına kimi yüksələn su sakinlər üçün səhər sürprizi olub. (baku.ws)

OXŞAR XƏBƏRLƏR