Baksol yolunda məişət tullantıları yığılmış ərazi yanır

Baksol yolunda məişət tullantıları yığılmış ərazi yanır
SOSİAL
16:45 28.11.2025
66
Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR