Baku Busıness Factory Kovörker Mərkəzi üçün ikinci qəbula start verilib

Baku Busıness Factory Kovörker Mərkəzi üçün ikinci qəbula start verilib
SOSİAL
12:55 08.11.2016
3160

 

Baku Business Factory biznes inkubasiya mərkəzi Kovörker Mərkəzində vakant olan yerlər üçün layihələrin ikinci qəbuluna start verib.

BBF-dən "Report”a verilən məlumata görə, Kovörkinq Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Startaplar və frilanserlər Mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub.

BBF-də işləməyə başlayan layihələr ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmətləri, şəhər telefonu, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən, tamamilə ödənişsiz istifadə edirlər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunan təlimlərdə də iştirak edə bilirlər.

Hazırda, Mərkəzdə bir neçə tanınmış layihəyə yer verilib və onlar öz bizneslərini qurmaq istiqamətində çalışırlar.

Kovörkinq Mərkəzinə üzv olmaq üçün BBF-in rəsmi saytında "BİZƏ QOŞULUN” adlı anketi doldurmaqla müraciət göndərilə bilər. Ərizə BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra, uyğun hesab edilərsə, ərizə yazanla əlaqə saxlanılacaq.

BBF-dən bildiriblər ki, seçimdə ən çox diqqət edilən məqamlar bunlar olacaq: açıq iş sahəsində digərləri ilə birlikdə işləyə biləcək layihələr və ya şəxslər, dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan tək funksiyalı layihələr (çox funksiyalı layihələr qəbul edilmir), müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləyən layihələr və ya şəxslər, yenilikçi layihələr.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-in tək gözləntisi onların öz bizneslərini inkişaf etdirərək irəli getməsi və qlobal bazarda rəqabət aparan şirkətlərdən birinə çevrilməsidir.

Ərizə qəbulunun bitmə tarixi 15 dekabr, 2016-ci ildir.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub