“Baku Electronics” və “Hyundai Azərbaycan” Azərbaycan ordusuna 100.000 manat ayırdı

İQTİSADİYYAT
22:06 01.10.2020
559
NAB Şirkətlər Qrupunu Azərbaycanda təmsil edən "Baku Electronics” və Hyundai markasının Azərbaycandakı rəsmi distribüteri olan "Auto Azerbaijan” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna ümumi olaraq 100 min manat vəsait köçürüb.

Bu haqda məlumat verən şirkət rəhbərliyi bildirib ki, dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək olmaq bizim üçün böyük şərəfdir! "Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən Silahlı Qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq!” 

Verilən məlumata görə, həm "Baku Electronics”, həm də "Auto Azerbaijan” əməkdaşlarının bir qismi ordu sıralarına artıq qoşulub və bu əməkdaşların iş yerləri qanunvericiliyə uyğun qaydada qorunacaq. 

Qeyd edək ki, bu yaxınlarda 25 illiyini qeyd edən "Baku Electronics” şirkəti ölkəmizin ən böyük elektronika mağazaları şəbəkələrindən biridir, 23 mağazası fəaliyyət göstərir. Şirkət dünyanın 60-a yaxın aparıcı elektronika brendlərinin Azərbaycanda rəsmi distribüteridir. 

Həmçinin "Auto Azerbaijan” şirkəti "Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutorudur.

1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkə ərazisində Hyundai markasının 11 satış və servis mərkəzi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib